"Sumqayıt” monteneqrolu hücumçu Nikola Vuynoviçdən sonra daha bir legionerin üstündən qara xətt çəkib.
“Kimyaçılar” ötən ilin avqustunda sıralarına qatdığı Alan Diasın xidmətində maraqlı deyil.
"Gəncldik şəhəri" təmsilçisi braziliyalı müdafiəçi ilə imzaladığı 1+2 illik müqaviləni pozmaq niyyətindəlir.
25 yaşlı legionerə bununla bağlı xəbərdarlıq olunub. Hazırda tərəflər arasında müvafiq danışıqlar gedir.
Sonuncu klubu Sofiya “Lokomotiv”i olan cənubi amerikalı sözləşməsini ləğv edərsə, bir neçə aylıq təzminat alacaq.
Onun Azərbaycana gələnədək 8 ay futbolsuz qalmasını da xatırladaq.
SPORTİNFO.AZ