COP29

Respublikanın bu şəhərində futbola baxmağın qiyməti - 2, 3, 5 və 10 manat

31 İyul 08:40 Sumqayıt 1 923
Respublikanın bu şəhərində futbola baxmağın qiyməti -  2, 3, 5 və 10 manat

Premyer Liqanın ilk turu çərçivəsində 3 avqust, saat 20:45-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Kəpəz" qarşılaşmasının biletləri artıq satışdadır.

Sportinfo.az xəbər verir ki, biletləri iticket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 14:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. Bilet almaq üçün aşağıdakı keçidə daxil olmaq lazımdır.

https://iticket.az/events/sport/sumqayit-fk-kepez-pfk03.08/124558

Digər Xəbərlər
Xəbər Lenti