Koronavirusdan ən çox əziyyət çəkən Premyer Liqa klubu "Sumqayıt"dı. Sonuncu dəfə öncəki testi poztiv çıxan 16 futbolçu yenidən test vermişdi.
Məlum olmuşdu ki, 10 futbolçuda virus hələ də davam edir.
Komandanın "Zirə" ilə görüşünə isə cəmi 3 gün qalır. Görəsən, "kimyaçılar"da son vəziyyət necədir?
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Kollektiv öz məşqlərini davam etdirir. Yalnız testin cavabı neqativ çıxan futbolçular hazırlıqda iştirak edir. Sonuncu dəfə 10 futbolçumuzda testin cavabı pozitiv çıxmışdı. Növbəti testi bu gün veriləcək".
"Sumqayıt" Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində 20 dekabr "Zirə"nin qonağı olacaq.