İlkin Fikrətoğlu: Azərbaycan futbolunun tək çempionu - VİDEOSÜJET

1 Mart 19:40 Sportinfo TV 1 598
İlkin Fikrətoğlu: Azərbaycan futbolunun tək çempionu - VİDEOSÜJET

Azərbaycan futbol tarixinin yeganə olimpiya çempionu İqor Ponomaryov fevralın 24-də 65 yaşını tamamladı.

keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah”ın Müşahidə Şurasının üzvüdür.

Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb.

Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis, İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb.

ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini olimpiya çempionumuza həsr edib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu