
“Premyer Liqada “Qarabağ”la digər klublar arasında ciddi uçurum mövcuddur.
Amma qarşıda çox ciddi sınaq var.
7-dən 77-yə hamı “Qarabağ”dan Çempionlar Liqasının liqa mərhələsini gözləyir. Ona görə də çatışmayan mövqelərə transferlər şərtdir.
Ümid edir və inanırıq ki, bu dəfə Qurban Qurbanov azarkeşləri sevindirəcək.
“Neftçi”də isə ciddi heyət islahatları qaçılmazdır. Samir Abasovun rəhbərlik qarşısında məsuliyyəti, ciddi öhdəlikləri var”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet”in növbəti buraxılışında səslənib.
Tanınmış jurnalistlər - Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında efirə gedən verilişdə Azərbaycan futbolu ətrafında cərəyan edən hadisələrə münasibət bildirilib, son bir həftə ərzində ən aktual futbol mövzuları müzakirə edilib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN