
Premyer Liqanın 32-ci turunun "Sumqayıt" - "Neftçi" görüşündə qonaqların fanatları diqqətləri üzərinə çəkib.
"Ağ qaralar"ın "Forza Neftçi" azarkeş qrupu komandanın mövsümü uğursuz keçirməsinə etiraz olaraq görüşü səssiz izləmək yolunu seçib.
Hər zaman aktiv olması ilə seçilən, 90 dəqiqə susmayan qrup üzvləri bu dəfə meydanda başverənləri sükutla izləyir.
Yalnız qarşılaşmanın 44-cü dəqiqəsində "Şəhidlər ölməz, vətən bölünməz" şüarında meydan sahiblərinin fanatlarına qoşulublar.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: