
"Şamaxı" iki oyunluq məğlubiyyət seriyasına Sumqayıtda son qoydu.
Bölgə klubu fasiləyə 0:1 geridə yolladığı qarşılaşmanın ikinci yarısında geridönüş etməklə yadda qald - 2:1.
Matçdan sonra qonaqlar qələbəni xüsusi canfəşanlıq qeyd etməsi diqqətdən qaçmadı.
Adətən "Şamaxı" səfər oyunlarında azarkeşsiz mübarizə apardığını görmüşük.
Amma son turlar xoş tendensiya yaşanıb.
Bir qrup şamaxılı komandasını səfər oyunlarında da dəstəksiz qoymur.
Heç bir fanklub ətrafında birləşməyən şəxslər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qonaq tribunasında öz yerini almışdı.
Baş məşqçi və bütün futbolçular onların dəstəyini diqqətsiz qoymadılar.
Matçdan sonra onların yer aldığı tribunanın önünə getməklə təşəkkür bildirdilər.
Qələbə sevinci isə bir xeyli uzandı.
Səbəb təcrübəli mütəxəssisin elə meydandaca həm azarkeşlər, həm də futbolçular önündə nitq söyləməsi idi.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin görüntüləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: