
“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin ilk buraxılışı efirə gedib.
Tanınmış jurnalistlər Elçin Cəfərov və Tural Məmmədlinin təqdimatında yayımlanan verilişdə Azərbaycan futbolunda baş verən son hadisələrə toxunulub, aktual müzakirələrdə maraqlı fikirlər səsləndirilib.
Xüsusilə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun AFFA ilə bağlı suallardan yayınmasına münasibət bildirən aparıcı-ekspertlər təcrübəli çalışdırıcını narahat edən məqamlara şərhlər veriblər.
“Turan Tovuz”da cərəyan edən hadisələr də verilişin ilk buraxılışında diqqət mərkəzində olub. Futbolçu-azarkeş münasibətlərində son dövrlər baş verən hadisələrə diqqət yetirilib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN