“Neftçi”də çalışan baş məşqçisi üçün İngiltərə nümunəsi - VİDEO

1 Aprel 20:00 Sportinfo TV 755
“Neftçi”də çalışan baş məşqçisi üçün İngiltərə nümunəsi - VİDEO

"Neftçi" üçün mövsümü xilas etməyin yeganə yolu ölkə kubokunu qazanmaqdan keçir.

Bu həftə yarımfinal mərhələsi oynanılacaq yarışda rəqib "Sabah"dı.

Masazır klubu ilə matçlar öncəsi ən ciddi itki Bassala Sambunun yoxluğudur.

1/4 final mərhələsinin "Kəpəz"lə cavab görüşündə qırmızı vərəqə alan seneqallı hücumçu hər iki qarşılaşmanı tribunadan izləyəcək.

"Ağ qaralar" isə ona verilən cəza ilə hələ də razılaşmır.

Premyer Liqanın 28-ci turunda "Araz-Naxçıvan"la baş tutan qarşılaşmadan (1:1) sonra baş məşqçi Samir Abasovun dediyi fikirlər buna əsas verir.

Təcrübəli mütəxəssis "Sabah"la görüş öncəsi sizi narahat edən nədir" sualına belə reaksiya verib:

"Sambu son oyunlarda qol vurur. Onu itirmək çox pisdir. Hələ də başa düşmürəm ki, onun qırmızısı niyə ləğv edilmədi. Epizodlar var ki, bundan da pisdir. "Nottingem Forrest" - "Mançester Siti" görüşündə epizod oldu, hakim heç sarı vərəqə də göstərmədi.

Sambuya iki oyun cəza niyə verildi? Məqsəd nə idi? Bilməyəcəm də niyə belə oldu. Fakt odur ki, yersiz yerə oyunçumuzu itirdik".

Abasovun haqqında danışdığı həmin epizoda biz də baxdıq.

Həqiqətən də eyni vəziyyətdə iki fərqli qərar görürük.

Qarlı-şaxtalı havada Bassala Sambu qırmızı vərəqə görürürsə, ideal meydanda Fodenə daha sərt formada dəyən zərbəyə görə Andersona heç sarı vərəqə göstərilmir.

Baş hakim VAR-a getməyi belə vaxt itkisi hesab edir.

Belə olan halda Samir Abasovun etirazına necə haqq verməyəsən?

Demək ki, qaydalar bu durumda cəzasızlığa da əl yeri qoyur.

Amma nə Rəşad Əhmədov bundan istifadə etdi, nə də onu VAR-a dəvət edənlər.

İntizam Komitəsi də klub tərəfindən edilən şikayətə məhəl qoymayınca, 47 yaşlı mütəxəssis əsaslı olaraq "Qərar mənim üçün qaranlıq qalır" - deyə fikirlərini tamamlayıb.

Haqqında bəhs etdiyimiz epizodlara aşağıdakı linkdə baxa bilərsiniz:

XANOĞLAN

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
2 Aprel 11:00 Harada qaldın sən..?