Belarus "sillə"si, azarkeş təpkisi, suyu süzülən milli üzvüləri - Hər şey bu VİDEODA

26 Mart 17:45 Sportinfo TV 643
Belarus "sillə"si, azarkeş təpkisi, suyu süzülən milli üzvüləri - Hər şey bu VİDEODA

Azərbaycan millisi beynəlxalq yoxlama görüşləri çərçivəsində ikinci oyunun da məğlubiyyətlə başa vurdu.

Yığma bu dəfə evdə Belarus yığması ilə bacarmadı - 0:2.

Final fitindən sonra qonaqlar qələbəni qeyd edirdisə, Fernandu Santuşun yetirmələri aldıqları "sillə"nin təsirindən yerə sərilmişdi.

Haitiyə məğlubiyyətdən sonra sumqayıtlı azarkeşlər futbolçulara mənəvi dəstək olmaqla yadda qalmışdısa, bu dəfə yerli publika milli üzvlərinin çarəsiz baxışlarına məhəl qoymadı.

Belədə məşqçilər korpusu, texniki heyət və futbolçular suyu süzülə-süzülə meydanı tərk etməli oldu.

XANOĞLAN İMANOV

Aşağıdakı linkə daxil olaraq həmin anları izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti