
Azərbaycan millisi bu dəfə beynəlxalq yoxlama görüşündə Haitiyə məğlub oldu.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşdı - 0:3.
Matçdan sonra mətbuat önünə çıxan futbolçular arasında Toral Bayramov da vardı.
"Qarabağ"ın yarımmüdafiəçisi biabırçı nəticədən utanmaq əvəzinə "Sportinfo"nun əməkdaşının "Milli komandanın biabırçı oyunu, biabırçı nəticələri sizi yormurmu" sualına qəribə reaksiya verməsi ilə yadda qalıb.
Həmin anın görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz: