Biabırçılıq oldu, sonra onlar arasında nələr yaşandı? - VİDEO

25 Mart 21:40 Sportinfo TV 660
Biabırçılıq oldu, sonra onlar arasında nələr yaşandı? - VİDEO

Azərbaycan millisi 2025-ci ildə keçiridiyi ilk matçda məğlub oldu.

Fernandu Santuşun kollektivi yoxlama görüşündə Haitini qonaq edib.

Əsas milli tarixində ilk də Sumqayıtda meydana çıxıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 0:3.

Oyuna maraq elə də böyük olmayıb.

Siravi azarkeşlərdən fərqli olaraq, "Sumqayıt"ın "kimyaçılar" azarkeş qrupu 90 dəqiqə dəstək nümayiş etdirib.

Fanatlar hətta biabırçı məğlubiyyətə rəğmən final fitindən sonra milli üzvlərini yanlarına çağırıb, dəstək nümayiş etdiriblər.

Toral Bayramov, Musa Qurbanlı və Səbuhi Abdullazadə fanatların jestinə qarşılıq olaraq formalarını onlara hədiyyə edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti