
"Şamaxı" Premyer Liqada uğurlu çıxışını davam etdirir.
Komanda 27-ci turda "Araz Naxçıvan"la səfər görüşündən xalsız ayrılmadı.
İddialı rəqiblə oyunda "şirlər" hesabda geri düşsə də, fasilədən sonra bərabərlik qolu vura bildi - 1:1.
Bölgə klubu bununla çətin səfərdən vacib 1 xalla qayıtmağı bacardı.
Oyundan sonra paltardəyişmə otağında baş məşqçi Ayxan Abbasov yetirmələrinə yaxşı oyuna görə təşəkkür edib.
O, "məğlub olsaydınız belə, ortaya qoyduğunuz mübarizəyə görə sizə təşəkkür edəcəkdim" sözlərini dilə gətirib.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz: