
Vüqar Bağırov öz yaş qrupunda Azərbaycanın ən istedadlı gənclərindən hesab olunur.
2006-cı ilin dekabrında dünyaya gələn Bağırov ölkəmizdə "Qarabağ" və "Neftçi"nin aşağı yaş qruplarında çıxış edib.
Azərbaycanın U-16, U-17 millilərində forma geyinib.
İlyarım Gürcüstanda “Saburtalo” komandasında çıxış edib.
Ardınca Türkiyədə “Alanyaspor”un U-16 komandasının formasını geyinib.
Bir neçə ay əvvəl isə Kurban Berdiyevin çalışdırdığı "Turan Tovuz"a transfer olunub.
Hələki əvəzedici heyətdə çıxış edən 17 yaşlı yarımmüdafiəçi "Sportinfo TV"yə müsahibə verib.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz: