
Nəhayət, "Kəpəz" "Neftçi"dən aldığı ardıcıl 3 oyunluq məğlubiyyət seriyasına son qoya bildi.
Premyer Liqanın 25-ci turuna təsadüf edən matçda Mabatşoevin qolu 3 xal üçün yetərli oldu.
Amma qarşılaşmadan sonra sevinməyə hazırlaşan kollektiv öncə insidentlə qarşılaşdı.
Hadisələrin mərkəzində komandanın müdafiəçisi Turan Manafovla qonaq azarkeşlər idi.
Oyunun gedişində təhqir olunan arxa xətt oyunçusu final fitindən sonra haqq-hesab aparmaq üçün "ağ qaralar"ın fanatları olan sektora yaxınlaşdı.
Elə bu dəmdə ara qarışdı, məzhəb itdi.
Polislərin müdaxiləsi, digər futbolçuların köməyilə tərəfləri sakitləşdirmək mümkün oldu.
Yalnız bundan sonra gəncəli futbolçular tribunalara yaxınlaşaraq qələbəni qeyd edə bildilər.
XANOĞLAN / SPORTİNFO.AZ
Yaşananlara aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz: