“Qarabağ”ın oyununda stadiona gələn xanımlar xoş sürprizlə qarşılaşdı - VİDEO

8 Mart 20:00 Sportinfo TV 357
“Qarabağ”ın oyununda stadiona gələn xanımlar xoş sürprizlə qarşılaşdı - VİDEO

Premyer Liqanın 26-cı turunda “Araz-Naxçıvan” Mərdəkanda “Qarabağ”ı qəbul edir.

Oyun 8 Mart Beynəlxalq Qadınlar Gününə təsadüf etdiyindən çempionatın təşkilinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası “Liv Bona Dea Arena”ya gələn zərif cinsin nümayəndələrini diqqətdən kənarda qoymayıb.

Belə ki, qurumun əməkdaşları oyunu izləyən 50-dən artıq xanıma qızıl gül hədiyyə edib.

Matçı işıqlandıran xanım jurnalistlər də diqqətdən kənarda qalmayıb. Onlar xoş olaya təəccüblənsələr də, atılan addıma seviniblər.

HƏBİB / SPORTİNFO.AZ

Videoda bayram təbrikinin bir hissəsini izləyə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti