10 nəfərlə derbini qazanan "Qarabağ" cəbhəsində möhtəşəm anlar - VİDEO

19 Fevral 21:00 Sportinfo TV 389
10 nəfərlə derbini qazanan "Qarabağ" cəbhəsində möhtəşəm anlar - VİDEO

"Qarabağ" növbəti dəfə Azərbaycan derbisində "Neftçi"yə məğlubiyyət yaşatdı.

Matçdakı yeganə qolun müəllifi 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Marko Yankoviç oldu.

"Köhlən atlar" üçün qələbənin dəyəri bir başqa idi.

Çünki 20-ci dəqiqədə Kevin Medina qırmızı vərəqə alaraq yoldaşlarını əzəli rəqiblə oyunda azlıqda qoydu.

Belədə xüsusilə ön xətt oyunçuları daha çox qaçmalı, mübarizə aparmalı oldular.

Hakimin final fitindən sonra əzmkar qələbə qazanan futbolçular 3 xalın dadını sevimli fanatları ilə birgə çıxardılar.

Əldə olunan zəfər Medinanın qırmızı vərəqə almasını da kölgədə qoydu. Tərəfdarlar kolumbiyalını yanlarına çağıraraq mənəvi dəstək oldular.

Öncəsində isə Toral Bayramovun "üçlü" çəkdirməsi gözdən qaçmadı.

Meydanda olduğu kimi, kənarda da nöqtəni Kadi Borges qoydu.

Braziliyalı azarkeşlərin sevgisinə klubun loqosunu öpərək reaksiya verdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Başverənləri aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”