![İlkin Fikrətoğlu: Dünya futbolunun ən məşhur azərbaycanlısı - VİDEOSÜJET](https://www.sportinfo.az/media/2025/02/13/9993444125243090336.jpg)
Adı dünya futbol tarixinə düşən ən məşhur azərbaycanlı - Tofiq Bəhramovun anadan olmasının 100 illiyi qeyd olundu.
Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb.
Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub.
1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib.
Tofiq Bəhramov bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib.
Dünya şöhrətli hakimin yubileyi ilə bağlı "Sportinfo.TV"nin redaktoru İlkin Fikrətoğlu süjet hazırlayıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN