İlin ilk qələbə sevinci - Regiondan MARAQLI VİDEO

21 Fevral 23:00 Sportinfo TV 262
İlin ilk qələbə sevinci - Regiondan MARAQLI VİDEO

"Şamaxı"da mövsümün ikinci yarısı işlər yolunda getmirdi.

Qış fasiləsinə "Sabah" üzərində parlaq qələbə (3:1) ilə yollanan "şirlər" uğurun davamını yeni ildə gətirə bilmədi.

Nəhayət, 22-ci turda 3 oyunluq qələbə həsrəti başa çatdı.

"Şirlər" doğma meydanda "Sumqayıt"ı məğlub etməklə buna nail oldu.

Brahim Kanate 54-ci dəqiqədə vurduğu qolla yerli publikanı sevincə qərq etdi.

Bölgə klubunun 2025-ci ildəki ilk qələbəsi tribunalarda böyük coşğu ilə qeyd olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anları aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"