![Ehtiram Quliyev: "Bizim üçün daha yaxşı, problemləri əcnəbilərlə həll edəcəyik" - VİDEO](https://www.sportinfo.az/media/2024/06/04/1697869972_ehtiram1_1676119785.jpg)
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümündən legioner limitinin ləğv edilməsi klubların siyasətinə birbaşa təsir edəcək.
Xüsusilə imkanlı klublar öz yetirmələrinə şans verməkdənsə, gəlmələrə qucaq açmaq yolunu seçəcək.
Məsələn, "Turan Tovuz" kimi.
Klub rəhbərliyi akademiyanın fəaliyyətinə diqqəti artırıb, yetirmələrin gələcəyinə bel bağlamaqdansa, əcnəbilərə daha çox üstünlük verəcək.
Bu barədə bölgə klubunun rəhbəri Ehtiram Quliyev açıq mesaj verib.
O, hələ qərar açıqlanmadan öncə qonaq olduğu yutub platformasında mövqeyini ortaya qoyub.
XANOĞLAN / SPORTİNFO.AZ
Quliyevin çıxışına aşağıdakı linkdə baxa bilərsiniz: