!["Qarabağ"la matçda verilən "mən də varam" MESAJI - VİDEO](https://www.sportinfo.az/media/2025/02/11/12770444387312817545.jpg)
Şahin Diniyevi baş məşqçi postunda əvəzləyən Cavid Hüseynovun "Səbail"də ilk radikal qərarı qapı mövqeyində oldu.
Hüseynəli Quliyev gənc Əlirza Müştəbazadə ilə əvəzləndi.
23 yaşlı Əlirza da arxada buraxdığı 3 Premyer Liqa matçında əla performans sərgiləməklə çalışdırıcının ümidlərini doğrulda bildi.
"Səbail"in 3 matçda aktivinə 7 xal yazdıra bilməsindən onun da xidməti böyükdür.
Amma Hüseynəli heç də asanlıqla "bir nömrə" statusunu Əlirzaya vermək fikrində deyil.
Ölkə kubokun 1/4 final mərhələsinin "Qarabağ"la baş tutan ilk dueli belə düşünməyə əsas verir.
İlk "11-lik"də meydana çıxan Quliyev meydanın ən yaxşısı idi.
Çərçivə qoruyucusu ən azı 3 epizodda əla seyvlə komandasını qoldan xilas etdi.
Xüsusilə Patrik Andradenin əla zərbəsinə verilən reaksiya fantastik idi.
Bunu "Mən də varam" mesajı kimi qəbul etmək olar.
XANOĞLAN / SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olaraq onun əla performansını izləyə bilərsiniz: