COP29

“Neftçi”də gündəm dəyişdi, Emin Mahmudov qayıtdı! - VİDEO

15:00 Sportinfo TV 549
“Neftçi”də gündəm dəyişdi, Emin Mahmudov qayıtdı! - VİDEO

Deyəsən, "Neftçi" azarkeşlərinin arzuladığı Emin Mahmudov qayıdır.

Hər halda, bunun ilk qığılcımlarını "Şamaxı" ilə görüşdə gördük.

Klub rəsmilərindən böyük haqsızlıq görəndən sonra formasında eniş yaşanan sabiq kapitan aylar sonra "ağ qaralar"ın heyətində meydanın ən yaxşısı idi.

Özü qazandığı penalı qola çevirərək komandasına vacib 3 xal qazandırdı.

Özünə qarşı olunan qayda pozuntusundan sonra əla cərimə zərbəsi ilə yadda qaldı. "Şamaxı"nın qolkiperi Rikardo Fernandes eyni gözəlliklə seyv edərək son anda baxımlı qola mane oldu.

Oyun epizodunda vurduğu daha bir zərbənin qapıdan keçməsinə də portuqaliyalı qapıçının sayıq tərpənməsi mane oldu.

Müdafiə planında bir xeyli iş görən Emindən alışqdığımız ara ötürmələrini də bu dəfə görə bildik.

Bir sözlə, Samir Abasov Mahmudovda qığılcım yarada bilib. Qalır onu atəşə çevirmək.

Sonda 32 yaşlı yarımmüdafiəçinin son oyundakı performansını özündə əks etdirən videonu sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti