COP29

Görün, Samir Abasov "Neftçi"də kimə möhtac qalıb - VİDEO

17:00 Sportinfo TV 665
Görün, Samir Abasov "Neftçi"də kimə möhtac qalıb - VİDEO

Nəhayət, Ağadadaş Salyanskini "Neftçi"nin əsas heyətində gördük.

Samir Abasov "Şamaxı" ilə matçda ilk dəfə ona ilk "11-lik"də güvəndi.

Düzdü, 20 yaşlı oyunçu bir forvard üçün önəmli olan qolu vura bilmədi.

Amma meydandakı əzmkar mübarizəsi ilə yadda qalmağı bacardı.

Əksər ikili mübarizələrdən qalib ayrılan gənc hücumçu komandasının üçüncü fazada daha çox qalmasına, təhlükəli epizodlar yaratmasına birbaşa kömək edirdi.

"91 nömrə" pressinq edərək "Şamaxı"lı müdafiəçiləri daim gərginlikdə saxlamaqla rahat hücuma çıxmalarına mane olurdu.

Görün, Samir Abasov "Neftçi"də kimə möhtac qalıb - VİDEO

Meydanın dərinliklərinə qədər qayıdan "ağ qaralar"ın yetirməsi komandasına müdafiə olunmaqda da köməyini əsirgəmirdi.

Oyundakı yeganə qolun vurulduğu penaltidə onun da əməyi vardı. Məhz Ağadadaşın ötürməsindən sonra Emin Mahmudova qarşı qayda pozuldu.

Gənclər millimizin üzvü 70-ci dəqiqədə yerini Yeqor Boqomolskiyə verdi. Samir Abasov buna məcbur idi. Ehtiyatda başqa hücumçuya bənzər kimsə gözə dəymirdi.

Son 20 dəqiqədə belaruslu legioner "Neftçi"yə kömək edəcək səviyyədə legioner olmadığını növbəti dəfə göstərdi. Davamlı top itirən, mübarizələrdə uduzan, doğru-düzgün pressinq etməyən 24 yaşlı hücumçu "Neftçi"yə yalnız zərər verməklə yadda qaldı.

Bu, ilk belə hal deyil. Yeqor aylardır "Neftçi"nin milyonlarını cibinə qoyur, amma ortaya bir iş qoya bilmir.

Onun meydandakı məsuliyyətsiz davranışlarına görə Samir Abasov bir neçə dəfə başını tutmalı oldu. Onun jestlərini "Görün, "Neftçi" kimə möhtac qalıb" mesajı kimi də qəbul etmək olar.

Hər iki futbolçunun performansı əks olunan videonu sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Aşağıdakı linkə daxil olub baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti