AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupların çempionatında biabırçı olaylar davam edir.
Bu dəfə hadisələr U-10 Liqasında keçirilən "Səbail" və "Qartallar" arasındakı görüşdə cərəyan edib.
"Səbail"in futbolçusu vurduğu qola sevinərkən rəqib komandanın futbolçularından birinin valideyni tərəfdən təzyiq görüb.
O, azyaşlı uşağa etdiyi jestə görə hədə-qorxu gəlib.
Davamında bir başqa valideyn isə görüşün qadın hakiminin ünvanına nalayiq sözlər səsləndirib.
Yaşananlar sizə təqdim edəcəyimiz videoda açıq-aşkar yer alıb.
XANOĞLAN / SPORTİNFO.AZ
Başverənlərə aşağıdakı linkdə baxa bilərsiniz: