2-ci bundesliqa təmsilçisi "Nürnberq"in futbolçuları penalti vuruşlarında öz güclərini sınayıb.
Bu barədə klubun rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Kollektivin bu cəhdi komandanın məşqlərindən birinə təsadüf edib.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli də nöqtəyə yaxınlaşanlar arasında yer alıb.
Əksər komanda yoldaşı kimi 27 yaşlı həmyerlimiz də qapını dəqiq nişan alıb.
O, əla zərbə ilə topu doqquzluğa sancıb.
XANOĞLAN/ SPORTİNFO.AZ
Aşağıdakı linkə daxil olub Emrelinin qolunu izləyə bilərsiniz: