Premyer Liqanın eyni anda bir neçə əcnəbi futbolçusu CBC Sport kanalında yayımlanan "legioner" verilişində qonaq olub.
Yeni ilə həsr olunan proqramda "Zirə"nin qolkiperi Tiaqo Silva maraqlı fikirləri ilə diqqət çəkib.
Aparıcının "Əgər baş məşqçi olsaydınız, komandanıza yeni il üçün nə hədiyyə edərdiniz" sualının üzərindən "Araz Naxçıvan"ın forvardı Ramon Maçado "bilmirəm" deyərək keçib.
"Sabah"ın bombardiri Con Leys Mikels "daha çox istirahət günləri hədiyyə edərdim" deyibsə, "Qarabağ"lı Patrik Andrade "komanda yoldaşlarına şkalat alardım" cavabını verib.
Ən səmimi reaksiya isə Tiaqo Silvadan gəlib.
Braziliya legioner birbaşa baş məşqçi Rəşad Sadıqova səslənib.
Əcnəbi qapıçı nələr deyib?
XANOĞLAN/ SPORTİNFO.AZ
Onun fikirlərinə aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: