Emin Mahmudov Premyer Liqada yaranmış fasilədən istifadə edərək Rusiyaya yollanıb.
O, istirahətini Zarayska şəhərində keçirir.
Təcrübəli futbolçu tətildə də futbol fəaliyyətinə ara verməyib.
Milli komandamızın üzvü bu dəfə azyaşlı uşaqlarla bir meydanı bölüşüb.
32 yaşlı futbolçu qarlı meydanda top dalınca qaçıb, uşaqlara öz ustalığını əyani göstərib.
Mahmudov uşaqlarla keçən əyləncəsini öz instaqram hesabında paylaşıb.
XANOĞLAN/ SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: