Azərbaycanlı futbol hakimlərinin intizarı başa çatmaq üzrədir.
Onlar bu qış ölkə xaricində hazırlıq keçə biləcək.
AFFA «fit sahibləri»nin yaxın günlərdə Türkiyəyə yollanmasına şərait yaradıb.
«Fit sahibləri» dekabrın 29-dan yanvar ayının 12-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.
Hakimlər Komitəsinin sədri Frank De Blekerenin başçılığı altında Antalyaya üz tutacaq qafilənin üzvləri orada yoxlama görüşlərinü də idarə edəcək.
SPORTİNFO.AZ