Premyer Liqanın 16-cı turunun maraqlı qarşılaşmalarından biri Masazırda baş tutdu.
"Sabah" doğma meydanda "Qarabağ"ı qonaq etdi.
Kifayət qədər gərgin keçən görüş sülhlə (1:1) yekunlaşdı.
Görüş həm də "tələblər"in yeni baş məşqçisi Vasili Berezutskinin Qurban Qurbanovla ilk dueli kimi tarixə keçdi.
Hakimin final fitindən sonra gözləmək olardı ki, çalışdırıcılar adət etdiyimiz kimi əl sıxmaqla bərabər, həm də qısa söhbətləşəcəklər. Ən azı ilkin tanışlıq məqsədilə.
Məsələn, Vasilinin həmyerlisi Murad Musayevin "Sabah"da baş məşqçi olduğu dönəmdə bu mənzərəyə çox şahid olmuşuq.
Lakin nədənsə baş məşqçilər nəinki söhbətləşmək, heç bir-birinin əlini sıxmağa belə ehtiyac görmədilər.
Həm Qurbanov, həm də Berezutski birbaşa paltardəyişmə otağının yolunu tutdu.
Bu, meydandakı sülhə heç yaraşmadı.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: