Samir Abasovun "Neftçi"yə baş məşqçi təyinatından sonra Ağadadaş Salyanski və Murad Məmmədov kimi gənclər daha çox oynama şansı almağa başlayıb.
Xüsusilə Məmmədov göstərdiyi performansla barəsində xoş sözlərin deyilməsinə yol açıb.
Abasov gənclərlə işləməyi xoşlayan məşqçilərdən hesab edilir.
Bundan sonra adıçəkilən gənclərlə bərabər, "Neftçi"nin başqa yetirmələrini də əsas komandada görə bilərik.
"Neftçi TV"də yayımlanan "Ağ- qara meydan" verilişinin qonağı olan Sportinfo az saytının əməkdaşı Xanoğlan İmanov mövzu ətrafında öz fikirlərini səsləndirib.
Onun çıxışına aşağıdakı linkdə baxa bilərsiniz: