"Barselona"nın prezidenti Xuan Laportanın ölkəmizdə olduğunu xəbər vermişdik.
Tanınmış futbol adamı paytaxtımızda olduğunu müddətdə bir çox görüşlər keçirib.
İspaniya nəhənginin rəhbəri ilə bir məclisi bölüşənlər arasında "Sumqayıt"ın rəhbəri Riad Rəfiyev də olub.
İki klub başqa hətta ayaqüstü söhbətləşməyə də imkan tapıb.
Xatırladaq ki, Kataloniya təmsilçisinin rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Azərbaycana gəlib.
Riad Rəfiyevlə Xuan Laporta arasında səmimi keçən görüşün görüntülərinə aşağıdakı linkdə baxa bilərsiniz:
SPORTİNFO.AZ