Azərbaycan millisi Millətlər Liqasının 5-ci turunda Estoniyanı qəbul edəcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.
Bu, arenanın milli səviyyədə qəbul edəcəyi ilk beynəlxalq matç kimi tarixə keçəcək.
Amma şəhərdə oyun öncəsi xüsusi canlanma olduğunu demək olmaz.
Əbəs deyil ki, Qəbələ şəhər stadionun girişinə çatmadan bu gün Qəbələdə Azərbaycan millisinin meydana çıxacağını hiss etmək mümkün deyil.
Şəhər küçələrində olduğu kimi, matçın başlamasına 1 saat qalmış futbol məbədində də səssizlik hökm sürür. Tribunalar boşdur.
Az sayda azarkeş isə indi-indi arenanın yolunu tutur.
Estoniyadan isə təxminən 10 nəfər fanatın ölkəmizə qonaq gəldiyini qeyd etmək yerinə düşər.
Qarşılaşmanın start fiti 18:00-da veriləcək.
Sportinfo.az-ın Qəbələyə ezam olunan əməkdaşı arenada yaşananları lentə alıb.
Linkə daxil olaraq videonu izləyə bilərsiniz:
XANOĞLAN/ SPORTİNFO.AZ