"Sabah"ın qələbə həsrəti 6 matça çatdı.
Bu dəfə "tələbələr" doğma meydanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kəpəz"lə bacarmadı.
Öncə hesabda geri düşdü, ardınca üstünlük yaxaladı, amma sonda yenə xal itirdi.
Bu, Renduliçin kollektivinin son 6 görüşdə 4-cü bərabərliyi oldu.
Artıq medalçılar sırasında yer alan komandalarla aradakı xal fərqi nə az, nə çox 8-ə bərabərdir.
Lakin klubun tərəfdarları indiki durumda belə gələcəyə nikbin baxır, futbolçuların nəticələri yaxşılaşdıracağına inanır.
Hər halda, belə olmasaydı bölgə klubu ilə qarşılaşmanın final fitindən sonra komandalarına dəstək nümayiş etdirməzdilər.
Oyunçuları alqışla paltardəyişmə otağına yola salan tərəfdarlar "sizə inanırıq" şüarını da səsləndirdilər.
XANOĞLAN/ SPORTİNFO.AZ
Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz: