Azərbaycan futbolunda biabırçı hakim qərarları davam edir.
Bu dəfə hadisələr Əvəzedici Liqada cərəyan edib.
Söhbət Əvəzedicilər liqasında XI turun “Sabah-2” – “Neftçi-2” oyununda yaşanan hadisədən gedir.
Oyunun 90-cı dəqiqəsində “Sabah-2” komandasının qapısına penal təyin olunub.
Meydanın mərkəzində isə "Neftçi"nin futbolçusu rəqib oyunçu Stefen Endeni provokasiyaya çəkib.
Başverənlərdən təəcüblənən legioner sadəcə əllərini göyə qaldırıb.
Yan xətt hakiminin məsləhəti ilə baş hakim Rauf Cabbarov epizodu təcavüzkar davranış kimi qiymətləndirərək Endeyə birbaşa qırmızı vərəqə göstərib.
Ən dəhşətlisi isə bundan sonra olanlardır.
"Sabah" klubu epizodla bağlı AFFA İntizam Komitəsinə şikayət ünvanlayıb.
Lakin səlahiyyətli qurum da baş hakimin qərarını haqlı sayıb.
Hətta aldığı qırmızı vərəqəyə görə futbolçu 1 oyun cəzalanıb, “Sabah-2” komandasına 150 manat cərimə kəsilib.
Tutaq ki, 4-cü hakim epizodu səhv gördü, baş hakim də onun məsləhətinin qurbanı oldu.
Bəs bu videoya baxan İntizam Komitəsi niyə qərarı qüvvədə saxlayıb?
Əgər bütün liqalarda belə gülməli qərarlarla üz-üzə qalacağıqsa, bəs AFFA rəhbərliyi Hakimlər Komitəsinin başına əcnəbi mütəxəssisi nəyə gətirib?
XANOĞLAN / SPORTİNFO.AZ
VİDEOYA AŞAĞIDAKI LİNKDƏ BAXA BİLƏRSİNİZ