COP29

"Qarabağ" - "Neftçi" oyunundan öncə qalmaqal - VİDEO

19:40 Sportinfo TV 342
"Qarabağ" - "Neftçi" oyunundan öncə qalmaqal - VİDEO

Azərbaycanın Premyer Liqasının 7-ci turunun bir qədər sonra start götürəcək "Qarabağ" - "Neftçi" görüşündən öncə insident yaşanıb.

Meydan sahiblərinin "İmarət" azarkeş qrupunun üzvləri ilə qonaqların "Forza Neftçi" azarkeş qrupunun üzvləri üz-üzə gəlib.

Tərəflər arasındakı gərginlik əlbəyaxa davaya kimi uzanıb.

Münaqişənin daha da böyüməsinə polislər imkan verməyib.

Hər iki tərəfdən də saxlanılanlar olub.

Başverənlərə aşağıdakı linkdə baxa bilərsiniz:

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti