Azərbaycan futbolunda parlaq gələcək vəd edən istedadlardan biri də Elşən Rzazadə olub.
"Xəzər Lənkaran"ın yetirməsi qısa müddətdə özünü yaxşı göstərərək Azərbaycan millisinə kimi yüksələ bilmişdi.
Və sürətlə də futbol sahəsindən yoxa çıxdı.
İndi isə onun sorağı İngiltərədən gəlir.
Belə ki, sabiq futbolçu paytaxt Londonda dönər satır.
Onun iş yerindən çəkilən videosunu sizə təqdim edirik.
Maraq üçün bildirək ki, Elşən qısa müddət "Bakı" forması geyinib.
2014/15 mövsümünü ona doğma olan "Xəzər Lənkəran"da keçirib və parlaq oyunla Azərbaycan yığmasına dəvət alıb.
Rzazadə 2015-ci ildə Moldovaya qarşı yoxlama görüşündə millidə debüt edib.
Daha sonra "Neftçi"yə keçən futbolçu ağır zədədən sonra keçmiş formasını bərpa edə bilməyib.
O, karyerasını sonlarını "Mil Muğan", "Şüvalan" və Türkiyənin həvəskarlar liqa təmsilçisi "Çilimli"də keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ
Elşən haqqında bəhs etdiyimiz videoya aşağıdakı linkdə baxa bilərsiniz: