Azərbaycan futboluna yeni rəhbərin seçiləcəyi gün artıq məlumdur.
Aprelin 2-də AFFAnın yeni, sayca 4-cü prezidenti seçiləcək.
Prezidentlə yanaşı AFFAnın icra orqanlarına da seçkilər olacaq.
Martın 1-də Gəncədə İcraiyyə Komitəsi bu tərkibdə sonuncu iclasını keçirdi. Son iclasda üzvlərdən beşi iştirak etmədi.
Halbuki bu həmin "13-lüy"ün son toplantısı idi və Azərbaycan futbolu onlar üçün əhəmiyyətsizdirsə, azı bir-birlərinə hörmət olaraq gəlməli idilər...
Sportinfo.TV-nin redaktoru İlkin Fikrətoğlu növbəti süjetini İcraiyyə Komitəsinin son iclasına və qarşıdakı seçkiyə həsr edib.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: