COP29

Azərbaycan klublarından yalnız "Qarabağ" onların öhdəsindən gəlib

23 Avqust 02:10 Sizdən Bizə 2 016
Azərbaycan klublarından yalnız "Qarabağ" onların öhdəsindən gəlib

"Omoniya" daha əvvəl Azərbaycanın iki klubu ilə avrokuboklarda üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində "Zirə"yə rəqib olan larnakalıların yolu üçüncü dəfə təmsilçimizlə kəsişib.

"Qarabağ" 2021/2022 mövsümündə eyni turnirin qrup mərhələsində kiprlilərlə görüşüb. "Köhlən atlar" ilk turun matçında 4:1 hesablı qələbəyə sevinib. Bakıdakı qarşılaşmada isə heç-heçə qeydə alınıb - 2:2.

"Qəbələ" də məhz Konfrans Liqasında "Omoniya" ilə qarşılaşıb. Ağdam klubundan fərqli olaraq "qırmızı-qaralar" hər iki oyunda məğlubiyyətə üzülüb.

2023/2024 mövsümünün II təsnifat mərhələsində 2:3 və 1:4 hesabları qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti