
"Dinamo"nun (Berlin) baş məşqçisi Dennis Kutrib Berlin kubokunun "Alglinike" ilə yarımfinal oyunundan danışıb.
Sportinfo.az xəbər verir ki, o, Rüfət Dadaşovun komandaya qayıtmasının vacibliyini qeyd edib.
“Berliner Kurier”ə açıqlama verən çalışdırıcı millimizin sabiq hücumçusu barədə bunları deyib:
“Dadaşov kimi futbolçu daim meydanda olmalıdır. Onun üçün çox darıxmışdıq.
“Aylenburq”la görüşdə, yəqin ki, Rüfət 1-2 qol vurardı. Çünki şansımız çox idi”.
33 yaşlı forvard 2023-cü il iyulun 1-dən "Dinamo"da çıxış edir. O, 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur.