
"FIFA və AFFA arasında uzun illər güclü əməkdaşlıq olub".
Sportinfo.az xəbər verir ki, bunu FIFA-nın regional koordinatoru Marion Gavat deyib.
Ali futbol qurumunun rəsmisi ötən il Bakıda FIFA-nın beynəlxalq turnirinin uğurla keçirildiyini xatırladıb.
O, FIFA prezidenti Canni İnfantino və qurumun digər əməkdaşları adından konfrans iştirakçılarını salamlayıb və uğurlar arzulayıb.