Məşhur futbolçu: "Azərbaycanı çox bəyəndim”

01:50 Sizdən Bizə 78
Məşhur futbolçu: "Azərbaycanı çox bəyəndim”

"Növbəti dəfə Azərbaycana gəldiyim üçün xoşbəxtəm".

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Luiş Nani deyib.

Məşhur futbolçu Azərbaycan haqqında müsbət fikirdə olduğunu söyləyib:

"Azərbaycanı çox bəyəndim. Bakıda çox gəzmək imkanım olmadı. İlk dəfə buraya "Sportinq"in (Portuqaliya) heyətində "Qarabağ"la oyun üçün gəlmişdim.

Növbəti dəfə bu təcrübəni yaşadığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanı bir qədər də kəşf etmək imkanım oldu. Fikirlərim çox yaxşıdır".

Ötən il futbolçu karyerasını başa vuran 39 yaşlı sabiq yarımmüdafiəçi Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 10:40 4 qol - VİDEO