Tükürpərdici sözlər dedi: “Gələ bilmirəm, çox üzülürəm”

11 Mart 21:20 Sizdən Bizə 635
Tükürpərdici sözlər dedi: “Gələ bilmirəm, çox üzülürəm”

Azərbaycan millisi 2025-ci ildə ilk oyununa çıxacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə sınaq matçı keçirəcək.

Haiti yığması deyəndə azərbaycanlı futbolsevərlərin ağlına kim gəlir? Təbii ki, vaxtilə ölkəmizdə “Qarabağ”la “Neftçi”nin şərəfini qorumuş, Haiti seçməsində 53 oyunda 11 qol vurmuş Vild-Donald Gerye.

Futbolçu karyerasını başa vuran Gerye Sportinfo.az-a açıqlamasında məlum görüşlə bağlı danışıb:

“Bu xəbəri eşidəndə, açığı, çox sevindim. Baxımlı və maraqlı görüş olacağına inanıram.

Çox istərdim ki, həmin gün stadionda olum, dostlarımı görüm. Hazırda Almaniyada məşqçilik kurslarında iştirak edirəm.

Ancaq Azərbaycana gəlmək üçün vizam yoxdur. Bu, məni çox üzür”.

Sabiq “Qarabağ”lının “hansı komanda qələbə qazanacaq” sualına cavabı belə olub:

“Hər iki komandaya azarkeşlik edəcəm. Bəli, Haitidənəm, ölkəmin millisində oynamışam.

Lakin Azərbaycan da mənim üçün doğmadır, ikinci vətənimdir. Ona görə də hansısa komandaya azarkeşlik edəcəyimi deyə bilmərəm. İkisi də mənə doğmadır".

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti