Niyə ehtiyatda qalır? - İki oyuna iki qol vuran hücumçumuz

14:20 Sizdən Bizə 218
Niyə ehtiyatda qalır? - İki oyuna iki qol vuran hücumçumuz

“Yenə erkən qol buraxdıq, amma oyundan razıyam.

Biz buna hazır idik. Fikrimcə, sonda qol vurmağa və qələbəyə layiq idik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Radomiak"ın baş məşqçisi Joao Enrike Polşa çempionatının 24-cü turunda səfərdə "Krakova"ya qalib gəldikləri oyun (2:1) haqda deyib.

Matçın 54-cü dəqiqəsində meydana çıxan R.Dadaşov 90+1-ci dəqiqədə qələbə qolunu vurub. Ötən tur isə "Vidzev"lə matçın 80-ci dəqiqəsində meydana çıxan forvard 90-cı dəqiqədə hesabı 1:1 edərək, komandasını məğlubiyyətdən qurtarmışdı.

Portuqaliyalı çalışdırıcı Dadaşova start heyətdə yer verməməsi ilə bağlı sualı belə cavablandırıb:

"Dadaşovun start heyətdə meydana çıxmaması planın bir hissəsi idi. Biz həmişə müəyyən matç üçün ən yaxşı heyəti seçirik.

Ehtiyat skamyada oturan oyunçular meydana çıxanda nə etməli olduqlarını daha dəqiq bilirlər.

Daha bir əvəzetmə qalsaydı, kapitan Rafal Volskini (qol vuran və Renata qol ötürməsi edən) əvəzləyəcəkdik.

Amma o, sonda Renatı cərimə meydançasında görə bildi və ötürməsini etdi”.

Fevral ayının sonlarında Polşaya gələn Renat Dadaşov 2 oyuna çıxıb və 2 qol vurub. Komanda 24 tura 28 xal qazanıb və 12-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti