COP29

“Neftçi”dən ayrılan baş məşqçidən BÖYÜK İDDİA!

01:50 Sizdən Bizə 156
“Neftçi”dən ayrılan baş məşqçidən BÖYÜK İDDİA!

LNZ-ın (Ukrayna) baş məşqçisi Roman Qriqorçuk cari mövsümlə bağlı hədəflərindən danışıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ötən ilin oktyabrında “Neftçi”dən ayrılan 59 yaşlı mütəxəssis Çerkası komandası ilə avrokuboklarda mübarizə aparmaq istədiklərini bildirib.

O, əvvəllər “Qəbələ”nin “sükanı arxasında” Avropa Liqasının qrup mərhələsində çıxış etmələrini də xatırlayıb:

“Azərbaycandan qayıtdıqdan sonra Ukrayna çempionatının bütün oyunlarına yenidən baxmağa başladım. Bu səbəbdən LNZ-i kifayət qədər yaxşı tanıyıram.

Hədəfimiz bəllidir – avrokuboklarda oynamaq. Kifayət qədər avrokubok təcrübəm var, qrup mərhələsinin oyunlarına komanda çıxarmışam.

Mənim fikrim belədir ki, avrokuboklarda olmamaq tam futbol həyatı deyil. LNZ ilə də bu məqsədə çatmağa çalışacağıq”.

LNZ hazırda 19 xalla Ukrayna Premyer Liqasında 10-cu pillədə yer alır. Qriqorçuk “Neftçi”də uğursuz fəaliyyətdən sonra istefa verərək vətənə qayıdıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”
31 Yanvar 03:30 "Zirə" üz vermədi - 7:1