"Qarabağ bizim canımızdır".
Sportinfo.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil deyib.
Dünya çempionu görüşə gələnlərə təşəkkürünü bildirib:
"Hamınızı salamlayıram. Gəldiyiniz üçün çox sağ olun. Məni çox xoşbəxt etdiniz.
Qarabağ bizim canımızdır. "Qarabağ" komandasına da uğurlar arzulayıram. Bakıya, Azərbaycana gəldiyim üçün xoşbəxtəm".