"Dinamo"nun baş direktoru Andrey Tolmaç Konfransı Liqasının əsas mərhələsi üçün Sumqayıtdakı Mehti Hüseynzadə adına stadionun ev arenasının seçilməsindən danışıb.
Sportal.az xəbər verir ki, "Bel.football"a açıqlama verən Belarus klubunun rəsmisi ölkəmizdə özlərini rahat hiss etdiklərini deyib:
"Niyə Azərbaycanda məhz bu stadionu seçdik? Bir çox amillər öz sözünü dedi.
Tez qayıdıb ölkə çempionatının oyunlarına hazırlaşmaq üçün ilk növbədə loqistika variantlarını nəzərdən keçirdik. Demək istəyirəm ki, stadion kifayət qədər yaxşıdır.
Keçən il uşaqlar artıq Bakıda olublar, bir az ora uyğunlaşıblar, hara uçduqlarını başa düşürlər. Özlərini yaxşı hiss edirlər.
Bu da mühüm amildir. Bizi qəbul edəcək ev sahibi tərəf haqda da danışmaq lazımdır.
Azərbaycandan olan dostlarla yaxşı münasibətlərimiz var. Bunlar da bu stadionun seçilməsinin xeyrinə oynayan amillərdir”.
Belarus çempionu ev oyunlarını adıçəkilən meydançada keçirəcək. Bu arenada "Kopenhagen" (Danimarka), "Larne" (Şimali İrlandiya) və "Harts"la (Şotlandiya) matçlar təşkil olunacaq.