COP29

“Azərbaycana yenidən gəldiyim üçün sevindim, çox xoşuma gəldi”

16 Sentyabr 13:40 Sizdən Bizə 4 708
“Azərbaycana yenidən gəldiyim üçün sevindim, çox xoşuma gəldi”

“Bakıda hər şey gözəldir”.

Sportinfo.az xəbər verir ki, bunu "Şerif"in (Moldova) legioneri Əyyub Allaş deyib.

Belçika vətəndaşlığı olan yarımmüdafiəçi yayda yenidən Bakıya etdiyi səfərdən məmnunluğunu dilə gətirib:

“İnsanlar çox yaxşıdır. Hər kəsə minnətdaram. Məni burada çox yaxşı qarşıladılar.

Azərbaycana yenidən gəldiyim üçün sevindim və çox xoşuma gəldi. Təbii ki, azarkeşlər nəticəyə görə məyusdur.

Onların adına üzülürəm. Amma bu, futboldur.

“Zirə” də mərhələ adlamaq istəyirdi, mən də. Bunu bacardığımız üçün komanda olaraq sevinirik.

Azərbaycan Premyer Liqasında çıxış edərkən "Zirə"yə qarşı daha əvvəl 6 oyun keçirmişdim.

Hər zaman olduğu kimi, "Zirə" öz formasında idi. Avropada oynamaq gözəldir. Həqiqətən insanlarınız və ölkəniz gözəldir".

Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" penaltilər seriyasında "Şerif"ə məğlub olub - 1:2 (pen, 4:5).

Əyyub Allaşı "Qəbələ"dən tanıyırıq. Mərakeş kökənli legioner 56 matçda 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!