COP29

“Azərbaycanın futbol başbilənləri böyük səhv etdi” - Türkiyədən baxıb gülürlər

17 İyun 23:20 Sizdən Bizə 6 319
“Azərbaycanın futbol başbilənləri böyük səhv etdi” - Türkiyədən baxıb gülürlər

Azərbaycan millisinin yeni baş məşqçisinin adı məlumdur.

Ölkənin bir nömrəli futbol komandasının nəticələrinə bundan sonra Fernandu Santuş cavabdehlik daşıyacaq.

2016-cı ildə Portuqaliya seçməsini Avropa çempionu etmiş 69 yaşlı mütəxəssisin qarşısına Azərbaycan yığmasına AÇ-2028-ə vəsiqə qazandırmaq tələbi qoyulub.

Santuşun təyinatı təkcə ölkəmizdə yox, qardaş Türkiyədə də gülüşlə qarşılanıb. Türkiyəli futbolsevərlər sosial şəbəkələrdə Santuşu məsxərəyə qoyur, bu ilin əvvəlində “Beşiktaş”ı çalışdırmış qoca ilə uğura nail olmağın mümkünsüzlüyünu yazırlar.

“Bu adamdan bir ... olmaz. Portuqaliyanı Avropa çempionu edib deyirlər. Azərbaycanda Ronaldolar var?”

“Vay Azərbaycanın halına.”Beşiktaş” azarkeşiyəm, bu adam bizi futboldan soyutdu. Allah yardımçınız olsun”.

“Təki Azərbaycan millisini “Beşiktaş”a bənzətməsin. Allah köməkləri olsun”.

“Türkiyə Cümhuriyyətini gəzməyi Türkiyədən başlayıb Azərbaycanda davam etdirdi. Görək növbəti dayanacaq hara olacaq”.

“Müdafiə futbolunu oynatmaq üçün Azərbaycanda başqa məşqçilər tapmaq olardı”.

“Acınız acımızdır, azərbaycanlı qardaşlarım”.

“Onsuz da futbolları elə də güclü deyildi. Bu təyinatla tam dibə vurdular”.

“Yandı azərbaycanlı qardaşlarımız. Düşünürəm ki, hər yerə çatan necə də böyük əllər var. Türkiyədən ayrılan kimi Azərbaycanda peyda oldu”.

“Azərbaycanın futbol başbilənləri böyük səhv etdilər İki gündən sonra oradan da paketləyib yola salarlar”.

“Siz nə etdiniz, qardaşlarım. “Beşiktaş”ı batırdı bu adam”.

Potuqaliyaılı çalışdırıcı bu ilin yanvarından aprelə qədər “Beşiktaş”ı çalışdırıb. “Qara qartal” onun rəhbərliyi altında meydana çıxdığı 13 oyunda 4 qələbə qazanıb, 4 heç-heçə edib, 5 dəfə məğlub olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO