“Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və üçtərəfli işçi qrup da daxil olmaqla yaradılmış üçtərəfli formatlar arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq”.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə deyib.
“Biz tərəfləri bu mövzuda maksimum təmkinli olmağa və aqressiv ritorikadan çəkinməyə çağırırıq. Bütün ərazi mübahisələri və qarşılıqlı iddialar müstəsna olaraq siyasi-diplomatik yolla və yalnız siyasi-diplomatik üsullarla həll edilməlidir.
Bu kimi məsələlər, o cümlədən anklavların qaytarılması və dəyişdirilməsi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır.
Biz öz tərəfimizdən Rusiyada mövcud olan unikal kartoqrafik materialları və təcrübəni nəzərə alaraq bu işə maksimum köməklik göstərməyə hazırıq”, - o qeyd edib.