Polşa mətbuatı ölkə çempionatının 24-cü turunun “Varta” ilə oyununda (1:0) “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun performansını yüksək qiymətləndirib.
Sportinfo.az xəbər verir ki, “Łódzki Sport” mətbuatı millimizin üzvü barədə bunları yazıb:
"O, artıq “LKS Lodz”da ən yaxşı oyunlarını keçirir. Məmmədov bu görüşdə bəzi səhvlərə yol verdi.
Lakin heç də əhəmiyyətli deyil. Gülənlə birlikdə onları çətin bir iş gözləyirdi:
“Varta” 30-dan çox ötürmə etdi və 9 künc zərbəsi qazandı. Buna görə də Rahilin gücü və boyu vacib idi.
O, rəqibi ilə hava mübarizələrində bundan istifadə edirdi.
Xüsusilə onun təşəbbüskarlığını və fəallığını bəyəndik. O, tez-tez topu almaq və komandasının hücumuna başlamaq üçün müdafiə xəttini tərk edirdi".
Rahil Məmmədov qışda "LKS Lodz"la 1,5 illik müqavilə imzalayıb.